Loading...
Suriyada atəşkəs rejimi daha 48 saat uzadılıb

Suriyada atəşkəs rejimi daha 48 saat uzadılıb

Loading...
Suriyada atəşkəs rejimi daha 48 saat uzadılıb

Bakı.15 sentyabr. / Suriyada elan edilən 7 günlük atəşkəs rejimi daha 48 saat uzadılıb.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departametinin sözçüsü Mark Toner gündəlik mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ABŞ dövlət katibi Con Kerri ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı zamanı bu haqda razılıq əldə edilib.

Toner Suriyadakı rejimin başçısı Bəşşar Əsədə bağlı silahlı qüvvələrin atəşkəs rejimini pozduğunu deyib: "Bu məqsədlə Moskvanı Əsədə təsir imkanlkarından yararlanmağa və humanitar yardımların ünvanına çatmasına köməklik göstərməyə çağırırıq. Çünki humanitar yardımların hələ də təyin edilən yerə çatdırılmadığının şahidi oluruq".

Qeyd edək ki, sentyabrın 9-da İsveçrənin Cenevrə şəhərində ABŞ-la Rusiya arasında Qurban bayramı günləri atəşkəslə bağlı razılıq əldə edilmişdi. Həmin razılığa əsasən, atəşkəs sentyabrın 12-si Suriya vaxtı ilə 18.45-dən başlayaraq, bir həftə sürəcək. C.Kerri ilə S.Lavrov arasındakı telefon danışığı zamanı həmin müddətin daha 48 saat uzadılması haqda razılıq əldə edilib. 

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR