Loading...
Ötən gecə Bakıda piyadanı vurub qaçan sürücü tutulub

Ötən gecə Bakıda piyadanı vurub qaçan sürücü tutulub

Loading...
Ötən gecə Bakıda piyadanı vurub qaçan sürücü tutulub

Bakı. 14 sentyabr. / Bakıda yolu keçən şəxsi vuraraq hadisə yerindən qaçan sürücü tutulub.

“Report”un Daxili İşlər Nazirliyinə (DİN) istinadən verdiyi məlumata görə, hadisə sentyabrın 13-də saat 22 radələrində qeydə alınıb. Sabunçu rayonunun Zabrat qəsəbəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Zahir Əliyev vurulub və o, hadisə yerində ölüb.

Sabunçu Rayon Polis İdarəsi və Əlahiddə Çevik Polis Alayının əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Fikrət Əliyev idarə etdiyi “VAZ-2107” markalı avtomobildə tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR