Loading...
Bərdənin yeni polis rəisi kollektivə təqdim olunub

Bərdənin yeni polis rəisi kollektivə təqdim olunub

Loading...
Bərdənin yeni polis rəisi kollektivə təqdim olunub

Bərdə. 3 sentyabr. / Bərdə Rayon Polis Şöbəsinin yeni rəisi, polis polkovniki İlqar Məmmədov kollektivə təqdim olunub.

"Report"un Qarabağ bürosunun müxbiri xəbər verir ki, İ.Məmmədovu kollektivə Daxili İşlər Nazirliyinin (DİN) yüksək rütbəli nümayəndələri və rayon icra başcısı Vidadi İsayev təqdim edib.

Qeyd edək ki, İ.Məmmədov bundan əvvəl Xəzər Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsində çalışıb. O, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Bərdə Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib. Nazirin digər əmri ilə Bərdə Rayon Polis Şöbəsinin keçmiş rəisi, polis polkovniki Hikmət Quluyev Şirvan Şəhər Polis Şöbəsinin rəisi təyin olunub.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR