Fon yüklənir...
Загрузка...

Ermənistanda xərçəng xəstəliyinə tutulanların sayı artır

Загрузка...
Ermənistanda xərçəng xəstəliyinə tutulanların sayı artır

Bakı. 27 avqust. / Ermənistanda xərçəng xəstəliyinə tutulma hallarının səviyyəsi son 20 il ərzində iki dəfə artıb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Milli Onkologiya Mərkəzinin direktor müavini Qaqik Bazikyan bildirib.

"İyirmi il əvvəl ildə 4-5 min adam qeydiyyata alırdıqsa, indi bu göstərici təqribən 8700 nəfərə çatıb", - deyə, o vurğulayıb.

Q.Bazikyan Ermənistanda adətən xəstələrin həkimlərə çox gec, xərçəng xəstəliyinin son mərhələsində müraciət etdiyini söyləyib.

Загрузка...
loading...
Загрузка...