Fon yüklənir...
Загрузка...

12 Avropa ölkəsində ölümlərin səbəbi xərçəng oldu

Загрузка...
12 Avropa ölkəsində ölümlərin səbəbi xərçəng oldu

Bəşər övladı hələ də bu qorxunc xəstəliklə mübarizədə uğurlu nəticə əldə edə bilməyib. Hal-hazırda Avropanın 12 ölkəsində bu xəstəlik ölümlərin əsas səbəbi olaraq təsdiq edilib. 

Bu ölkələrə Belçika, Danimarka, Fransa, İtaliya, Lüksemburq, Hollandiya, Portuqaliya, Sloveniya, İspaniya, Böyük Britaniya, Norveç və İsraildaxildir. Daha əvvəllər isə əsas səbəb ürək-damar xəstəlikləri idi. Lakin həmin sahədə yeni kəşflər xəstəliyin müalicəsində xeyli irəliləyişə gətirib çıxardı və nəticədə ölənlərin sayı ilbəil azaldı.

Buna baxmayaraq, Şərqi Avropada hələ də ölümlərin əsas səbəbi ürək-damar xəstəliklərindən baş verir. Danimarka və İsraildə də qadınlar xərçəngdən daha çox, ürək-damar xəstəlikləri ucbatından vəfat edir.  Hesabatlar göstərir ki,  53 Avropa ölkəsində ürək-damar xəstəliklərinə görə hər il 4 milyondan artıq insan tələf olur. Bu isə ümumi ölüm sayının 43 faizi deməkdir.

Fransada xərçəngdən ölənlərin sayı kişilər arasında olmaqla, 2011-ci ildə ən yüksək həddə çatdı. Həmin ildə ürək-damar xəstəliklərindən ölənlərin sayı 64 659 nəfər olduğu halda, xərçəngdən ölənlərin satı 92 375-ə qədər yüksəldi.  İspaniyada bu rəqəm ürək-damar xəstəlikləri üçün  67 711, xərçəng üçün isə  53 487 idi. (2013-cü il) 

Hal-hazırda bütün bu xəstəliklərin qarşısını almaq üçün səhiyyə sahəsində böyük işlər aparılır. Dünyanı cəmdəyinə alan xərçəng xəstəliyinin növbəti 10 ildə əlacının tapılacağı iddiaları da edilməkdədir. (pahoo.az)

Qaynarinfo.Az
Загрузка...
loading...
Загрузка...