Loading...
Qadın güləşçilərimiz komanda hesabında 4-cü oldular

Qadın güləşçilərimiz komanda hesabında 4-cü oldular

Loading...
Qadın güləşçilərimiz komanda hesabında 4-cü oldular

Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir. Yarışların 4-cü və 5-ci günündə qadın güləşçilər arasında qaliblər müəyyənləşib.

Sport7.az xəbər verir ki, üç güləşçi ilə təmsil olunduğumuz yarışı komandamız 1 gümüş və 1 bürünc medalla başa vurub.

Mariya Stadnik (48 kq) gümüş, Nataliya Sinişin (53 kq) bürünc medal qazanıb. Yuliya Ratkeviç (58 kq) isə Olimpiadanı beşinci sırada tamamlayıb.

Medal sıralamasına görə, Azərbaycan yığması 6-cı sırada qərarlaşıb. İlk sıranı 4 qızıl və 1 gümüş medalla Yaponiya tutub.

Dünya Güləş Birliyinin ənənəvi qaydada tərtib etdiyi komanda sıralamasında isə qadın güləşi yığmamız dördüncü yeri tutub. Komanda hesabında 23 xal toplayan yığmamız, Yaponiya (49 xal), Rusiya (32 xal) və Qazaxstandan (31 xal) geri qalıb.

Bu nəticə ilə qadın güləşçilərimiz Olimpiadalarda qazandığı medalların sayını 5-ə çatdırıb. Bunlardan 2-si gümüş, 3-ü bürünc əyarlıdır.

Sport7.az 
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR