Loading...
Rio 2016: Azərbaycan bu gün medal sayını artıracaq

Rio 2016: Azərbaycan bu gün medal sayını artıracaq

Loading...
Rio 2016: Azərbaycan bu gün medal sayını artıracaq

Bu gün Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunları davam edəcək. 

Sport7.az xəbər verir ki, bu gün keçiriləcək yarışlarda Azərbaycan yığmasının 5 idmançısı mübarizə aparacaq.
 
Boksçu Kamran Şahsuvarlı (75 kq) yarımfinal mərhələsində döyüşəcək. Kanoeçi Aleksandr Demyanenko və kayakçı İnna Osipenko-Radomskaya finalda mübarizə aparacaqlar.
 
Xanım güləşçi Natalya Sinişin (53 kq) və triatlonçu Rostislav Pevtsov isə Olimpiadada ilk dəfə yarışa qoşulacaqlar.
 
Yarımfinala yüksəlməklə bürünc medalı təmin etmiş Kamran Şahsuvarlı bu dəfə də qalib gəlsə, ən az gümüş medalı təmin edəcək.
  
Olimpiya Oyunları
XIII gün

 
Kanoe Sprint
200 metr
Final
16:23. Aleksandr Demyanenko
 
Kayak
500 metr
Final
17:11. İnna Osipenko-Radomskaya
 
Güləş
1/8 final
17:00. Natalya Sinişin (53 kq) – Saori Yoşida (Yaponiya)
 
Triatlon
Final
18:00. Rostislav Pevtsov
 
Boks
Yarımfinal
22:00. Kamran Şahsuvarlı (75 kq) – Arlen Lopez (Kuba)

Sport7.az

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR