Loading...
​

​"Rio-2016": Yunan-Roma növü üzrə Azərbaycan güləş yığması 3-cü olub

Loading...
​

Bakı. 18 avqust. / Yunan-Roma növü üzrə Azərbaycan güləş yığması Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında fərqlənib.

"Report"un məlumatına görə, Azərbaycan yığması Dünya Güləş Birliyinin ənənəvi qaydada tərtib etdiyi komanda sıralamasında ilk üçlükdə yer alıb.

Komanda hesabında 26 xal toplayan yığmamız 3-cü olub. Rusiya 33 xalla 1-ci, Kuba 29 xalla 2-ci yeri tutub. 

Bu nəticə ilə yunan-Roma güləşçilərimiz Olimpiadalarda qazandığı medalların sayını 7-yə çatdırıb. Bunlardan 1-i qızıl, 3-ü gümüş, 3-ü bürünc əyarlıdır.

Milli komandamız 5 güləşçi ilə təmsil olunduğu "Rio-2016"da 2 bürünc medalla başa vurub. Bunlar Rəsul Çunayev (66 kq) və Sabah Şəriətinin (130 kq) sayəsindəreallaşıb. Rövşən Bayramov isə olimpiadanı 5-ci sırada tamamlayıb.

Medal sıralamasına görə yığmamız İranla 9-10-cu yerləri bölüşüb. İlk pillədə 2 qızıl və 1 gümüş medalla Kuba, ikinci sırada isə 2 qızıl və 1 bürünc medalla Rusiya yığması qərarlaşıb.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR