Loading...
Bakıda əri tərəfindən qətlə yetirilən qadının hamilə olduğu məlum olub

Bakıda əri tərəfindən qətlə yetirilən qadının hamilə olduğu məlum olub

Loading...
Bakıda əri tərəfindən qətlə yetirilən qadının hamilə olduğu məlum olub

Bakı. 17 avqust. / Bakıda qeyri-rəsmi nikah münasibətində olduğu Altay Həsənov tərəfindən öldürülən Yasəmən Novruzovanın hamilə olduğu açıqlanıb.

Xəzər Rayon Prokurorluğundan “Report”a verilən məlumata görə, 34 yaşlı qadın qətlə yetirilərkən 4 aylıq hamilə imiş.

Xatırladaq ki, hadisə paytaxtın Xəzər rayonunun Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 37 yaşlı Altay Həsənov polisə qeyri-rəsmi nikah münasibətində yaşadığı həyat yoldaşı 34 yaşlı Yasəmən Novruzovanın itkin düşməsi barədə məlumat verib.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində A.Həsənovun Y.Novruzovanı qətlə yetirərək yaşadığı evin həyətində basdırdığı məlum olub.

Meyit ekspertlərin iştirakı ilə basdırıldığı yerdən çıxarılıb.

A.Həsənov tutulub.

Araşdırmalar davam etdirilir.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR