Loading...
Diş ağrısını əngəlləməyin yolları

Diş ağrısını əngəlləməyin yolları

Loading...
Diş ağrısını əngəlləməyin yolları

Evdən çıxmadan da diş ağrısına müvəqqəti həllər tapıla bilər. Lakin çox gecikdirmədən həkimə müraciət etmək lazımdır.

Ən həll edici vasitələrdən biri ağrı kəsicidir. Ağrı kəsicinin dozasını aşmadığınız və doğru istifadə etdiyiniz təqdirdə onun təsirini qısa bir müddət içərisində görəcəksiniz.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, diş ağrınızın başlıca səbəblərindən biri dişinizin arasında yemək qalığı qalmasıdır. Buna görə də, məsləhət olunan üsul dişlərinizi fırçalamaqdır. Əgər bu üsul işə yaramasa, diş ipi vasitəsilə də, yemək qalığını təmizləyə bilərsiniz.

Diş ağrısını keçirən bir başqa təsirli üsul da duzlu ilıq suyla qarqara etməkdir. Duzlu su qarqarası ağrı kəsici təsirə sahibdir. Qarqara hər saat başı edildiyində təsirini tezliklә göstərəcək.

Bunlardan başqa digər bir üsul çənənizin üzərinə soyuq kompres qoymaqdır. İçində buz olan soyuq kompreslə diş ağrınız azala bilər. Bundan əlavə, diş ağrınızın pisləşməməsi üçün ağrıyan tərəfi istifadə etməməli və o tərəfdə yemək yeyilməməlidir.

Qaynarinfo.Az

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR