Loading...
Gözəllik simvolu qara dişlər

Gözəllik simvolu qara dişlər

Loading...
Gözəllik simvolu qara dişlər

Orta əsr Yaponiyasında qadınlar və kişilər öz dişlərini qara rəngə boyayırdılar. Meydzi dövrünə qədər (1868-1912) Yaponiyada, Çinin cənub-şərq əyalətlərində oxaquro - dişləri qaralamaq kimi məşhur adət mövcud idi. 

Qaynarinfo.Az atv.az-a istinadən bildirir ki, bunun üçün əsası tünd-qəhvəyi rəngdə olan dəmir ərintisini sirkə turşusunda qatışdırıb xüsusi məhlul hazırlayırdılar. Sonra məhlula xüsusi otlar əlavə edərək qaraldırdılar. Alınmış məhlul tamamilə qara rəngdə olurdu və suda həll olmurdu. Adətən bu məhlul gündə bir dəfə dişə çəkilirdi.

Xeyan dövrünün (794-1185) sonunda zadəgan ailələrindən olan yetkinlik  yaşına çatmış kişi və qadınlar dişlərini bu rəngə boyayırdılar. İlk növbədə bu, gözəllik məqsədi ilə edilirdi. Bu məhlul dişlərdə kariyesin əmələ gəlməsinin qarşısını alırdı. Ərli qadınlarda qara rəngin tündlüyü ərlərinə olan sadiqlikdən xəbər verirdi.

Muromatinin hakimiyyəti dövründə (1336-1573) oxaquro yalnız böyük adamlarda müşahidə olunurdu. Lakin XVII əsrin əvvələrinə kimi hərbi ailələrin 8-10 yaşında olan qızlarının dişlərini qaraldırdılar. Səbəb isə qızın yetkinlik yaşına çatmasını (əslində belə olmasa da) göstərmək və onu tez ərə vermək idi.

Edo dövründən (1603-1868) sonra bu adət artıq bir çox insanların gündəlik həyatından çıxmışdı. Qaralmış dişlərdən pis qoxu gəlirdi və bu proses çox vaxt tələb edirdi. Buna görə də dişlərini yalnız kişilər və 18 yaşdan yuxarı olan qadınlar qaraldırdılar. Adi insanlar yalnız xüsusi günlərdə - toy, dəfn mərasimlərində dişlərini qaraldırdılar.

Oxaquro adətinə 1873-cü ildə imperatorun xanımının camaat qarşısına ağ dişlərlə çıxması ilə demək olar ki, son qoyuldu. Müasir günümüzdə qaraldılmış dişlərə Cənub-Şərqi Asiyanın yaşlı sakinlərində rast gəlmək mümkündür.

Qaynarinfo.Az

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR