Loading...
Poqbanın yerinə Fabreqas

Poqbanın yerinə Fabreqas

Loading...
Poqbanın yerinə Fabreqas

"Yuventus"un Paul Poqbanın yerinə transfer etmək istəydi futbolçunun kimliyi müəyyənləşib. Sport7.az xəbər verir ki, Turin klubu Sesk Fabreqasa elçi düşüb.

Yayılan məlumata görə, "qoca sinyora" tezliklə bu futbolçunu heyətinə qatmaq üçün "Çelsi" ilə danışıqlara başlayacaq. İngiltərə mətbuatı artıq London klubunun Fabrenas üçün tələb etdiyi məbləği də müəyyənləşdirib. "Zadəganlar"ın ispan yarımmüdafiəçini 45 milyon avrodan aşağı satmaq niyyətində deyil. 

Beləliklə, bu yay Paul Poqbanı 105 milyon avroya "Mançester Yunayted"ə satan, Qonsalo İquaini "Napoli"dən 90 milyona alan "Yuventus" daha bir supertransferi reallaşdırmaq niyyətindədi.

Qeyd edək ki, "Çelsi" Fabreqas 2014-cü ildə "Barselona"dan 33 milyon avroya alıb. Hazırda "Transfermarkt" 29 yaşlı futbolçuya 45 milyon avro qiymət qoyub. İspan yarımmüdafiəçi ötən mövsüm meydana çıxdığı 49 rəsmi oyunda 6 qol vurub.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR