Loading...
Ədliyyə Nazirliyi Tural Abbaslının rəhbərlik etdiyi partiyanın müraciətini cavablandırıb

Ədliyyə Nazirliyi Tural Abbaslının rəhbərlik etdiyi partiyanın müraciətini cavablandırıb

Loading...
Ədliyyə Nazirliyi Tural Abbaslının rəhbərlik etdiyi partiyanın müraciətini cavablandırıb

Bakı. 5 avqust. / Ədliyyə Nazirliyi Vahid Azərbaycan Partiyasının (VAP) iyunun 26-da keçirilən qurultayı ilə bağlı müvafiq məlumatların dövlət reyestrinə daxil edilməsi ilə bağlı müraciətə cavab verib.

Partiya sədri Tural Abbaslı "Report"a açıqlamasında deyib ki, nazirlik təqdim olunan sənədlərdə çatışmazlıqları əsas göstərib və sənədləri geri qaytarıb.

O bildirib ki, Ədliyyə Nazirliyinə təqdim olunan sənədlər qanunvericiliyin tələblərinə uyğun hazırlanıb: “Düşünmürəm ki, sənədlərdə çatışmazlıqlar olub. Çünki göndərdiyimiz sənədlərin bəzi hissələrini bizə qaytarmayıblar. Bütün bunlara baxmayaraq, partiyamızın qurultayı ilə bağlı sənədlər yenidən hazırlanacaq və nazirliyə təqdim olunacaq”.

Qeyd edək ki, Vahid Azərbaycan Partiyasının sonuncu qurultayında Müsavat Partiyasının başqanlığına sabiq namizəd Tural Abbaslı sədr seçilib. Bundan əlavə, partiyanın adı dəyişdirilərək Ağ Partiya adlandırılıb.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR