Loading...
Nazirlik 4 nəfəri xilas etdi

Nazirlik 4 nəfəri xilas etdi

Loading...
Nazirlik 4 nəfəri xilas etdi

Bu gün dənizdə batmaq təhlükəsi ilə üzləşən 4 nəfər xilas edilib.

Qaynarinfo.Az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinə, Bakı şəhəri, Xəzər rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 18:14-də başa çatıb.

Digər analoji hadisə də Xəzər rayonunda baş verib. FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinə, Bakı şəhəri, Xəzər rayonunda 2 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarmış və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 18:30-da başa çatıb.

Növbəti hadisə isə Sabunçu rayonunda olub. FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinə, Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 18:48-də başa çatıb.

Qaynarinfo.Az

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR