Loading...

"Mənə 200 qadınla xəyanət edib" - FOTOLAR

Loading...

Məşhur ispan tennisçi Felisiano Lopezin keçmiş həyat yoldaşı Alba Karrillo ilginc açıqlamalar verib. Sport7.Az xəbər verir ki, keçmiş ərini çox sevdiyini deyən Alba Karrillo acı çəkdiyini bildirib.

"Boşanmağı Felisiano istədi. Evli olduğumuz zaman onu çox sevirdim, hələ də sevirəm. Bu səbəbdən media qarşısında onun haqqında pis sözlər demək istəmirəm. Çox acı çəkirəm. Məni 200 qadınla aldatdı" deyə Alba Karrillo bildirib.

Felisiano Lopezin keçmiş həyat yoldaşına cavabı isə qısa olub. Tennisçi bununla balı suala "200 qadınmı? Heç də pis nəticə deyil" cavabını verib.

Qeyd edək ki, Felisiano Lopez 2014-cü ildə verdiyi açıqlamada "Alba həyatımın qadınıdı. Həyatımı dəyişdiyini demirəm, amma onun kimi biri ilə tanış olanda həyatınız çox inkişaf edir. Yanımda olduğu üçün çox şanslıyam" demişdi.



Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR