Loading...
​Azərbaycanda pul bazası yenidən azalmağa başlayıb

​Azərbaycanda pul bazası yenidən azalmağa başlayıb

Loading...
​Azərbaycanda pul bazası yenidən azalmağa başlayıb

Bakı. 1 avqust. / Azərbaycanda pul bazasının həcmi 2016-cı ilin iyul ayı ərzində 51,3 mln. manat və ya 0,67% azalaraq avqustun 1-nə 7 689,4 mln. manat təşkil edib. "Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, bu, ilin əvvəlindən bəri qeydə alınan ikinci aylıq azalmadır (ilk dəfə yanvarda qeydə alınıb).

Pul bazası ötən ilin müvafiq dövrü ilə müqayisədə 170,6 mln. manat və ya 2,28% artıb.

Xatırladaq ki, pul bazasının həcmi 2015-ci il yanvarın 1-nə 11 541,9 mln. manat, fevralın 1-nə 10 551,0 mln. manat, martın 1-nə 9 109,9 mln. manat, aprelin 1-nə 8 339,4 mln. manat, mayın 1-nə 7 418,6 mln. manat, iyunun 1-nə 7 597,3 mln. manat, iyulun 1-nə 7 487,0 mln. manat, avqustun 1-nə 7 467,5 mln. manat, sentyabrın 1-nə 6 352,1 mln. manat, oktyabrın 1-nə 7 050,4 mln. manat, noyabrın 1-nə 7 055,9 mln. manat, dekabrın 1-nə 6 730,6 mln. manat, 2016-cı il yanvarın 1-nə 6 901,8 mln. manat, fevralın 1-nə 5 787,4 mln. manat, martın 1-nə 6 388,5 manat, aprelin 1-nə 6 535,8 mln. manat, mayın 1-nə 6 726,1 mln. manat, iyunun 1-nə 7 641,6 mln. manat, iyulun 1-nə isə 7 689,4 mln. manat təşkil edib.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR