Loading...

"Yuventus"dan 80 milyonluq təklif

Loading...

Qonzalo Hiquaynı "Napoli"dən 90 milyon avroya alan "Yuventus"un transfer çılğınlığı davam edir. Sport7.az xəbər verir ki, Turin klubu daha bir ulduz futbolçunu fantastik məbləğə heyətinə qatmağa hazırlaşır.

İddialara görə, "Yuventus"un növbəti hədəfi PSJ-dən Blayse Matuididi. İddia olunur ki, Paul Poqbanı 109 milyon avroya "Mançester Yunayted"ə satmağa razılaşan İtaliya klubu fransız ulduz üçün 80 milyon avro təklif edib. 

Qeyd edək ki, PSJ Blayse Matuidini 2011-ci ildə "Sent-Etyenn"dən 8 milyon avroya alıb. Hazırda "Transfermarkt" 29 yaşlı yarımmüdafiəçiyə 30 milyon avro qiymət qoyub. Ötən mövsüm 48 rəsmi oyuna çıxıb, 5 qol vurub və 8 məhsuldar ötürmə edib.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR