Fon yüklənir...
Загрузка...

Gədəbəydə yük avtomobili ilə minik avtomobili toqquşub, sürücü dünyasını dəyişib

Загрузка...
Gədəbəydə yük avtomobili ilə minik avtomobili toqquşub, sürücü dünyasını dəyişib

Bakı. 30 iyul. / Bu gün Gədəbəy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. “Report”un Qərb bürosu xəbər verir ki, "Zil -130" markalı avtomobil "Vaz 21-011" markalı avtomobillə toqquşub. Qəza rayonun Qızıltorpaq kəndinin ərazisində baş verib.

Hadisə nəticəsində "Vaz"-ın sürücüsü, 53 yaşlı Nazim Mürsəlov dünyasını dəyişib, digər 4 sərnişin, Tovuz rayon sakinləri Xəyal Cəfərov, Fəhməddin Qasımov, Qara Abbasov, Şahin Qasımov  ağır bədən xəsarətləri alaraq Gədəbəy rayon xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Загрузка...
loading...
Загрузка...