Loading...
Çörək yemək sağlamlığa ziyandır  - Replika

Çörək yemək sağlamlığa ziyandır - Replika

Loading...
Çörək yemək sağlamlığa ziyandır  - Replika

Azərbaycanda çörək bahalaşıb.

Pərakəndə satış nöqtələrində istehlakçılara təqdim olunan çörəyin qiyməti 10 qəpik artıb.

Qaynarinfo.Az bu kimi hallarda çalışır ki, hər zaman ölkə iqtisadiyyatının yanında olsun, onu müdafiə etsin, yad ünsürlərdən qorusun!

Bəzi insanlar çörəyin bahalaşmasına sosial şəbəkələr vasitəsi ilə etirazların bildiriblər. Amma bu doğrudurmu? Çörəyin bahalaşmasına etiraz etmək hansı məntiqə sığır? 

Bu kimi uzaq görən addımları, niyə hər zaman pis yerə yozuruq? Bəlkə dövlətimiz bu addımı sizin sağlamlığınız üçün düşünüb? 

Redaksiya heyyəti olaraq, çörəyin xüsusilə də xalqımızın gündəlik istifadə etdiyi ağ çörəyin insan sağlamlığına hansı ziyanları olduğunu təqdim edəcəyik. 

Klassik ağ un tamamilə buğdanın endospermindən hazırlanır. Bu da ağ çörəyin əsasən karbohidratdan ibarət olduğunu və unun emalı zamanı kəpək və rüşeymdə olan faydalı maddələrin, yəni lif, vitamin və mineralların böyük qismindən məhrum olduğunu göstərir. 

Ağ unun saxlanma müddəti qara una nisbətən daha uzun olması, bundan başqa, ağ undan bişirilən çörəyin daha cəlbedici dada malik olması səbəbindən əksəriyyət tərəfindən tərcih edilir. Lakin belə çörək əsasən karbohidratla zəngin olması və tərkibində, demək olar ki, heç lif olmaması səbəbindən qanda şəkərin sürətlə yüksəlməsinə, insulin dirəncinin artmasına və artıq şəkərin bədəndə yağa çevrilməsinə səbəb olur. 

Son araşdırmalara görə, ağ çörək çox yeyənlər piylənməyə meyllidirlər. Navarra Universitetinin alimləri 9200-dən çox məzunun qidalanma vərdişlərini və bunun çəkilərinə necə təsir etdiyini müşahidə ediblər. Təcrübə nəticəsində məlum olub ki, ağ çörəklə tam buğda çörəyini yeyənlərdə piylənmə riski yüksək deyil. Lakin yalnız ağ çörək yeməyə alışanlar, gündə iki faldan çox ağ çörək yeyənlər həftə ərzində bir fal və daha az ağ çörək yeyənlərə nisbətən 40 faiz daha çox kilo alır və piylənməyə meylli olurlar.

Çörəyi nə ilə əvəz edə bilərik?

Çörək taxıl qrupuna aid qida maddəsidir. Buna görə də, digər taxıl bitkiləri ilə əvəz edilə bilər. Məsələn,bir dilim çörəyin əvəzinə 2-3 xörək qaşığı plov, xüsusən də, daha sağlam variant olan bulqur plovu, qarabaşaq və s. yeyə bilərsiniz.

P.S Göründüyü kimi gündəlik istifadə etdiyimiz ağ çörəyin insan sağlamlığına necə ziyanlı olduğu ortaya çıxdı. Uzun zaman idi ki, bu barədə şanlı televiziya, radio, qəzet, internet saytlarımız yazsa da, amma ağ çörək yemək vərdişindən xalqımızı çəkindirmək olmurdu. Son çıxış yolu isə dövlətimiz çörək qiymətini qaldırmaqda gördü. Bizə isə bir daha oxuculara məsləhət görmək qalır ki, çörəkdən imtina edin. Bu gündən etibarən biz redaksiya olaraq çörək yeməkdən imtina edirik! 

Qaynarinfo.Az

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR