Loading...
Türkiyədə cinsi təcavüzdə təqsirləndirilən şəxslərə yeni müalicə üsulu tətbiq ediləcək

Türkiyədə cinsi təcavüzdə təqsirləndirilən şəxslərə yeni müalicə üsulu tətbiq ediləcək

Loading...
Türkiyədə cinsi təcavüzdə təqsirləndirilən şəxslərə yeni müalicə üsulu tətbiq ediləcək

Bakı. 26 iyul. / Türkiyədə cinsi təcavüzdə təqsirləndirilərək cəza alan şəxslərə yeni müalicə üsulu tətbiq ediləcək. 

"Report" "Hurriyet"ə istinadən xəbər verir ki, bununla bağlı "Cinsi toxunulmazlığa qarşı cinayətlərdə cəza alan şəxslərə tətbiq olunacaq müalicə üsulları və digər öhdəliklər haqqında Əsasnamə" rəsmi qəzetdə dərc olunub. 

Məlumatda bildirilir ki, müalicə metodu elmi dildə "kimyəvi xədim" də adlandırılır.    

Sənədə əsasən, təcavüzə görə həbsdə yatan şəxsə cəzanın icrası zamanı və ya şərti azadlığa buraxıldıqdan sonrakı müddətdə cinsi istəyin azaldılması məqsədilə tibbi müalicə də daxil olmaqla məhkəmənin qərarı ilə bir sıra məhdudlaşdırmalar ola bilər. Bunlara müalicə məqsədli proqramlara qatılmaq, cinayətkara zərərçəkənin yaşadığı və işlədiyi ərazidə yaşamağı, onun olduğu yerlərə yaxınlaşmağı və uşaqların olduğu yerdə işləməyi qadağan etmək daxildir. 

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR