Loading...
​Ərdoğan:

​Ərdoğan: "53 ildir Avropa İttifaqının astanasındayıq, edam cəzasının ləğvi nəyi dəyişdi?"

Loading...
​Ərdoğan:

Bakı. 26 iyul. / "Sadəcə Avropa İttifaqına üzv ölkələrdə ölüm hökmü yoxdur, amma bundan başqa dünyanın, demək olar ki, əksər ölkəsində edam cəzası tətbiq edilir".

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyanın ARD telekanalına müsahibəsində bildirib.

"Gəlin bir dəfə bəzi həqiqətləri görək, dünya həqiqətlərindən uzaq yaşamayaq, dünya reallığını görək. Dünyanın nə qədər ölkəsində edam var, nə qədərində edam yoxdur, bunu görməyimiz lazımdır. Burada sadəcə Avropa İttifaqına üzv ölkələrdə ölüm hökmü yoxdur, amma bundan başqa dünyanın, demək olar ki, əksər ölkəsində edam cəzası tətbiq edilir", - deyə o bildirib.

Türkiyə prezidenti daha sonra bir faktı xüsusi ilə vurğulayıb:

"Burada bir faktı vurğulayaq; baxın, hazırda biz 53 ildir ki, Avropa İttifaqının astanasındayıq, biz ölüm hökmünü aradan qaldırdıq. Edam cəzasının ləğvi nəyi dəyişdi? Hazırda əgər demokratik hüquqi dövlət, demokratiyalarda söz kimindir? Xalqındır, elə deyilmi? Xalq bu anda nə deyir? Ölüm deyir. Biz rəhbərlərə düşən vəzifə nədir? Xalqın bu tələbinə, xeyr, biz sizin bu tələbinizi qəbul etmirik deyə bilərsinizmi? Bu tələbi gətirəcəyimiz yer hansıdır? Parlamentdir, parlamentə bu tələb gəlir, parlament qəbul edir və ya etmir. Verilərsə, bununla bağlı addımlar atılır, amma etməzsə, o zaman da söyləyəcək heç bir sözümüz yoxdur".

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR