Loading...
Azərbaycanda havanın temperaturu enəcək, yağış yağacaq, güclü külək əsəcək - XƏBƏRDARLIQ

Azərbaycanda havanın temperaturu enəcək, yağış yağacaq, güclü külək əsəcək - XƏBƏRDARLIQ

Loading...
Azərbaycanda havanın temperaturu enəcək, yağış yağacaq, güclü külək əsəcək - XƏBƏRDARLIQ

Bakı. 21 iyul. / İyulun 22-23-də Bakıda və Abşeron yarımadasında şimal-qərb, şimal küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-6° aşağı enəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, iyulun 22-si axşam şimal və qərb rayonlarından başlayaraq 27-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Qərb küləyi 22-23-də ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR