Fon yüklənir...
Загрузка...

​Qaçaqmalçılıqda təqsirləndirilən qadının apellyasiya şikayəti təmin edilməyib

Загрузка...
​Qaçaqmalçılıqda təqsirləndirilən qadının apellyasiya şikayəti təmin edilməyib

Bakı. 19 iyul. / Bakı Apellyasiya Məhkəməsində qaçaqmalçılıq və narkotik vasitələrinin qanunsuz dövriyyəsində təqsirləndirilən Xatirə Əsədovanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

“Report”un məlumatına görə, hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, X.Əsədovanın apellyasiya şikayəti təmin edilməyib. Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.

Qeyd edək ki, X.Əsədova Cinayət Məcəlləsinin 206.2-ci (qaçaqmalçılıq) və 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunub.

Bu aprel ayının 27-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə X.Əsədova 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Загрузка...
loading...
Загрузка...