Loading...
​Azərbaycandan Rusiyaya 17 ton alça və şaftalının idxalına qadağa qoyub

​Azərbaycandan Rusiyaya 17 ton alça və şaftalının idxalına qadağa qoyub

Loading...
​Azərbaycandan Rusiyaya 17 ton alça və şaftalının idxalına qadağa qoyub

Bakı. 19 iyul. / Rusiya-Azərbaycan sərhədinin Yaraq-Qazmalar buraxılış məntəqəsində Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin Dağıstan üzrə İdarəsinin müfəttişləri Azərbaycandan daxil olan 5 min 100 kq. şaftalı və 12 min 500 kq. alçanın idxalına icazə verməyiblər.

"Report" xəbər verir ki, yükün saxlanılmasına Ümumrusiya Bitkilərin Karantin Mərkəzinin Dağıstan filialının qərarı səbəb olub.

İdarə məhsulda zərərli obyektin - şərq alma qurdunun (GrapholihamolestaBusck) aşkar edilməsi faktını təsdiq edib.

Yük sahibi "Bitkilərin karantini haqqında" qanunun 15-ci maddəsini pozub və inzibati məsuliyyətə cəlb olunub.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR