Loading...

"Mançester Yunayted" 60 milyona futbolçu alır

Loading...

Zlatan İbrahimoviç, Henrix Mkıtıryan və Erik Bayllini "Mançester Yunayted"ə gətirən Joze Mourinyonun istədiyi digər ulduzun kimliyi müəyyənləşib. Sport7.az xəbər verir ki, portuqaliyalı mütəxəssis Ceyms Rodrigesi komandasında görmək istəyir.

İddialara görə, "Mançester Yunayted" kolumbiyalı ulduz üçün "Real"a 60 milyon avro təklif edir. Rodriges özü də İngiltərədə oynamağa razıdı. 

İndi yalnız "Real"ın razılıq verməsi qalır. Madrid klubunun isə bu futbolçuya görə 80 milyon istədiyi deyilir.

Qeyd edək ki, "Real" Rodrigesi 2014-cü ildə "Monako"dan 75 milyon avroya alıb. Hazırda "Transfermarkt" ona 70 milyon avro qiymət qoyub.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR