Loading...

"Yuventus" klubu "Bavariya"nın futbolçusunu transfer edib

Loading...

Bakı. 14 iyul. / İtaliyanın "Yuventus" klubu Almaniya "Bavariya"sının futbolçusu Mehdi Benatianı transfer edib. "Report"un Turin təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 29 yaşlı müdafiəçi tibbi müayinədən sonra müqaviləyə imza atacaq. 

"Qoca Sinyora" mərakeşli oyunçunu sonradan 18 milyon avroya ala bilməsi şərti ilə icarəyə götürüb. Benatianın əmək haqqı ildə 3 milyon avro olacaq.

Qeyd edək ki, Mehdi Benatia "Bavariya"ya 2014-cü ildə İtaliya "Roma"sından keçib. Ötən mövsüm o, Bundesliqada 14 oyuna çıxıb. Benatia zədə üzündən qalan bölümü buraxmalı olub. 

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR