Loading...
WhatsApp istifadəçilərinə bəd xəbər

WhatsApp istifadəçilərinə bəd xəbər

Loading...
WhatsApp istifadəçilərinə bəd xəbər

Əgər siz "OC Symbian" əməliyyat sistemi üzərində çalışan cihaz istifadə edirsinizsə onda sizlərə pis xəbərimiz var.

Belə ki, WhatsApp sözügedən əməliyyat sistemi üçün olan dəstəyini bu ilin sonunadək dayandıracaq.

"OC Symbian" əməliyyat sistemi ilə çalışan hər bir istifadəçi tətbiqə daxil olacağı zaman növbəti bildirişi alacaq. "Təəssüflər olsun ki, siz WhatsApp tətbiqini 31/12/2016 tarixindən sonra istifadə edə bilməyəcəksiniz. Belə ki, WhatsApp artıq sizin cihazınızı dəstəkləmir”.

Görünür WhatsApp "Symbian" üçün ayrılmış serverləri bağlayır. Məhz buna görə tətbiq bu platformada artıq çalışmayacaq. Hər-halda bir vaxtlar məşhur mobil platforma olmuş "OC Symbian"ı bu qədər uzun müddət ərzində dəstəklədiyi üçün WhatsApp-a sadəcə alqış düşür (Techote.Az).

Qaynarinfo.Az
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR