Loading...
Dişiniz çox ağrıyır?  - O zaman diqqət!

Dişiniz çox ağrıyır? - O zaman diqqət!

Loading...
Dişiniz çox ağrıyır?  - O zaman diqqət!

Diş ağrısının ən dözülməz ağrılardan biri olduğunu deyə bilərik. Çünki birbaşa beyinə təmas edir. “Qafqazinfo.Az” zamansız başlayan diş ağrılarına məlhəm tapmağın yollarını təqdim edir:

Diş fırçalamaq: Dişlərinizdə çürük varsa və yediyiniz qida qırıntıları çürük dişinizə toxunursa, ilk olaraq dişlərinizi fırçalamalısınız. 

Qarqara etmək: Sirkəli su ilə duzlu suyu qarışdırıb, qarqara edin. Diş ağrısına narkotik təsiri verərək ağrını azaldır. Dezinfeksiya təsiri olduğu üçün dişi bakteriya və mikroblardan təmizləyir, şişlik varsa azaldır və çirki təmizləyir.

Buz tətbiqi: Buzu ağrıyan dişin olduğu bölgəyə qoyun. Müvəqqəti olaraq diş ağrısını yüngülləşdirəcək.

Mixek və ya mixek yağı: Tərkibindəki antiseptik xüsusiyyəti ilə ağrını azaldır. Mixəyi ağrıyan dişinizin üzərinə yerləşdirin. Adətən Mixək yağından diş pastası kimi istifadə edirlər. Bu dişlər üçün olduqca faydalıdır. 

Sarımsaq: Ağrıyan dişinizin üstünə qoyun. Sarımsaq bakteriyaları yox edərək, ağrını yüngülləşdirəcək.

Sarıkök: Sarıkökü su ilə qarışdırıb (pasta) məcun halına gətirin. Daha sonra ağrıyan dişinizə tətbiq edin. Antiseptik xüsusiyyəti sayəsində ağrını aradan qaldıracaq.

Qaynarinfo.Az

Dişiniz çox ağrıyır?  - O zaman diqqət!

Dişiniz çox ağrıyır?  - O zaman diqqət!
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR