Loading...
Portuqaliya millisinin futbolçusu "lipa" olmaqda ittiham olundu

Portuqaliya millisinin futbolçusu "lipa" olmaqda ittiham olundu

Loading...
Portuqaliya millisinin futbolçusu "lipa" olmaqda ittiham olundu

Fransalı futbol mütəxəssisi Qi Ru maraqlı iddia ilə çıxış edib. 

Qaynarinfo.az saytı xəbər verir ki, 77 yaşlı məşqçi Portuqaliya yığmasının yarımmüdafiəçisi Renato Sançeş haqda ittiham irəli sürüb.

“Oser” və “Lans” klublarının sabiq çalışdırıcısı Rumıniya televiziyasının qonağı olarkən Sançeşin yaşının kiçildildiyini bildirib: “Sançeş 18 yaşda olduğunu deyir. Amma məncə, onun keçmişinə baxmaq lazımdır. Düşünürəm ki, o, “lipa”dır. Anadan olduğu gün qeydiyyata alınmayıb. Məncə, onun 23-24 yaşı olmalıdır”.

Qi Runun bu açıqlaması “Bavariya”nın yeni transferini qəzəbləndirib. Sançeş vəkillərinə lazımi sənədlərin toplanmasını və məşqçinin məhkəməyə verilməsini tapşırıb.

Qeyd edək ki, hazırda Fransada keçirilən Avropa çempionatında əla təsir bağışlayan Renato Sançeş komandasının finala qədər irəliləməsində böyük rol oynayıb.

Qaynarinfo.az

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR