Loading...
Azərbaycanda iftarda kütləvi zəhərlənmə

Azərbaycanda iftarda kütləvi zəhərlənmə

Loading...
Azərbaycanda iftarda kütləvi zəhərlənmə

Ötən həftə Qobustanda keçirilən iftar mərasimi zamanı 30 nəfər zəhərlənib. Onlardan 7-si uşaqdır.

Qaynarinfo.az xəbər verir ki, bu barədə APA-ya açıqlamasında Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayev məlumat verib.

Onun sözlərinə görə, hadisəyə səbəb ev şəraitində hazırlanmış müxtəlif cür tortlar olub.

Şöbə müdiri bildirib ki, qida qalıqlarından nümunə götürülərək Mərkəzə gətirilib. Yoxlama zamanı bu qidalarda toksiki maddələr aşkar olunub. Xəstələrdə zəhərlənmə mikrob vasitəsilə başlayıb. O bildirib ki, zərərçəkmişlər müayinə edilib, onlardan nümunələr götürülüb, sonuncu xəstə isə dünən evə buraxılıb.

İmran Abdullayev deyib ki, ötən ay 65 zəhərlənmə hadisəsi qeydə alınıb, nəticədə 79 nəfər zəhərlənib. Onlardan ikisi ürəkbulanma, qusma, ishal və halsızlıq kimi əlamətlərlə müşahidə olunan botulizm xəstəliyi ilə müraciət edib. Bu zəhərlənmələrə də səbəb ev şəraitində hazırlanmış müxtəlif qidalar olub.

Qaynarinfo.az

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR