Fon yüklənir...
Загрузка...

Bayram namazının vaxtını açıqladı

Загрузка...
Bayram namazının vaxtını açıqladı

Azərbaycanda Ramazan ayı münasibəti ilə qılınacaq bayram namazının vaxtı açıqlanıb.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) bildirilib ki, bayram namazı İdarənin əhatə etdiyi bütün ölkələrdə iyulun 6-da səhər saat 09:00-da qılınacaq.

QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə həmin gün Bakıdakı Təzə Pir məscidində bayram namazına qatılacaq.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şurası bu ilki Ramazan ayı ilə bağlı fətvasında müsəlmanlar üçün bu müqəddəs ayın 1-i ayın görünməsi ilə miladi təqvimlə 7 iyun 2016-cı ilə təsadüf edib. Fətvada Eydül-Fitr - Ramazan bayramının Şəvval ayının 1-i - Ayın üfüqi ərazimizdə görünməsinə istinadən iyul ayının 6-na təsadüf etdiyi qeyd edilir.

Qaynarinfo.az

Загрузка...
loading...
Загрузка...