Loading...
​

​"Liverpul" klubu seneqallı hücumçunun transferini rəsmiləşdirib

Loading...
​

Bakı. 28 iyun. / İngiltərənin "Liverpul" klubu heyətini daha bir futbolçu ilə gücləndirib. 

"Report"un klubun saytına istinadən verdiyi məlumata görə, "qırmızılar" "Sauthempton"un seneqallı hücumçusu Sadio Maneni transfer edib. 24 yaşlı oyunçunun transferi təqribən 45 milyon dollara başa gəlib. Tərəflər arasında 5 illik müqavilə imzalanıb.

Mane 2014-cü ildə "Zalsburq"dan transfer edilib və Premyer Liqada çıxdığı 67 oyunda 21 qol vurub.

Xatırladaq ki, "Liverpul" buna qədər "Maynts"dan almaniyalı qapıçı Loris Karius, "Şalke"dən kamerunlu müdafiəçi Joel Matipi transfer edib.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR