Loading...

"Sevilya"nın baş məşqçisi rəsmən açıqlandı

Loading...

"Sevilya"nın yeni baş məşqçisi müəyyənləşib. Sport7.az xəbər verir ki, bu barədə klub rəsmi açıqlama yayıb.

Açıqlamada bildirilir ki, komanda Xorxe Sampaoliyə tapşırılıb. Argentinalı mütəxəssislə 2 illik müqavilə imzalanıb. 

56 yaşlı baş məşqçi karyerasında ilk dəfə Avropa klubunda çalışacaq. O, "Sevilya"ya ardıcıl 3 mövsüm Avropa Liqasını qazandıran Unay Emerini əvəzləyib. Unay Emeri PSJ-nin sükanı arxasına keçəcək. 

Qeyd edək ki, Xorxe Sampaoli son olaraq Çili yığmasında çalışıb. O, komandaya 2015-ci ildə Amerika Kubokunu qazandırdıqdan sonra istefa verib. 




Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR