Loading...
Bu gecə qədr gecəsidir

Bu gecə qədr gecəsidir

Loading...
Bu gecə qədr gecəsidir

Qədr gecəsi üçün əhyalar Ramazan ayının 18-dən 19-na , 20-dən 21-nə, 22-dən 23-nə keçən gecələri əhatə edir.

Qayanrinfo.az aznews.az-a istinadən xəbər verir ki, Azərbaycanda birinci Qədr (əhya) gecəsi iyunun 24-dən 25-nə keçən gecə qeyd olunacaq.

Qədr gecəsi ilə əlaqədar tövsiyələr:

1. Gecəyə qədər, Allahdan bu gecənin bərəkətindən istifadə etmək ləyaqətini əldə etmək üçün dua etmək;

2. Qədr gecəsinin keçirilmə keyfiyyətini əvvəlcədən proqramlaşdırmaq;

3. Qədr gecəsində əhya saxlayacağını (oyaq qalacağını) nəzərə alaraq, gecəyədək dincəlməyi unutmamaq;

4. Qədr gecəsi başlananadək, Allah dərgahında səmimi surətdə tövbə edib, qəlbində bütün mö’minlərin öz üzərində haqqını halal etmək;

5. Əhya niyyətilə qüsl almaq; 2 rükət əhya namazı qılmaq; təvəssül əməlini və Qədr gecəsinə aid müfəssəl kitablarda göstərilmiş digər əməlləri yerinə yetirmək;

6. Allahdan özü üçün və digər müsəlmanlar üçün çox-çox bağışlanmaq istəmək; Quran oxumaq; qəza namazları varsa, onların qılınmasına vaxt ayırmaq; İslam maarifi ilə məşğul olmaq.

Qayanrinfo.az 

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR