Fon yüklənir...
Загрузка...

DİN Qazaxda 19 yaşlı qadının qətlə yetirilməsi ilə bağlı rəsmi məlumat yayıb

Загрузка...
DİN Qazaxda 19 yaşlı qadının qətlə yetirilməsi ilə bağlı rəsmi məlumat yayıb

Bakı. 24 iyun. / Daxili İşlər Nazirliyi (DİN) Qazax rayonunda 19 yaşlı Gürcüstan vətəndaşının qətlə yetirilməsi ilə bağlı rəsmi məlumat yayıb.

"Report" nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, iyunun 19-da Qazax rayonunda qətlə yetirilən qadının Gürcüstan vətəndaşı Elmira Tanrıverdiyeva olması müəyyən edilib. Qazax Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 19-da Xanlıqlar kəndində qətlə yetirilənin Gürcüstan vətəndaşı Elmira Tanrıverdiyeva olması müəyyən edilib.

Qətli törədən Qazax rayonunun Qarapapaq kənd sakini, əvvəllər məhkum olunan Eldəniz Babayev (keçmiş əri) könüllü olaraq Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinə gələrək istintaqa təslim olub.

Загрузка...
loading...
Загрузка...