Loading...

"​AzPatent" və Türk Patent İnstitutu arasında memorandum imzalanıb

Loading...

Bakı. 21 iyun. / Bu gün Bakıda Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzi (AzPatent) ilə Türk Patent İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb.

"Report" xəbər verir ki, memorandumda əqli mülkiyyət hüququ əldə etmək istəyən iddiaçılara sənaye mülkiyyəti xidmətlərinin göstərilməsində, əqli mülkiyyətlə bağlı maarifləndirmə fəaliyyəti sahəsində bilik və təcrübə mübadiləsi ilə bağlı aspektlər əksini tapıb. Eyni zamanda, memorandumda əqli mülkiyyət sahəsində təhsilin təmin edilməsində ən yaxşı təcrübə, dərc olunan sənaye mülkiyyəti məlumatlarının, xüsusilə patent məlumatlarının elektron mübadiləsi sahələri üzrə əməkdaşlıq yer alıb.

Memorandumun imzalanma mərasimində Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alper Coşkun, SMPDK-nin Aparat rəhbərinin müavini Niyazi Rəhimov və digər qurumların rəsmi nümayəndələri iştirak ediblər.

Memorandum Dövlət Komitəsi və Ümumdünya Əqli Mülkuyyət Təşkilatının (ÜƏTM) birgə təşkilatçılığı ilə bu gün Bakıda işə başlayan "Universitetlər və tədqiqat institutlarında əqli mülkiyyət siyasəti" mövzusunda subregional seminar çərçivəsində imzalanıb. Seminar iki gün davam edəcək.

float: left; width: 100%;">
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR