Loading...
Səbirabadda 16 yaşlı, Mingəçevirdə 17 yaşlı gənc boğuldu

Səbirabadda 16 yaşlı, Mingəçevirdə 17 yaşlı gənc boğuldu

Loading...
Səbirabadda 16 yaşlı, Mingəçevirdə 17 yaşlı gənc boğuldu

Bu gün Azərbaycanda iki boğulma hadisəsi qeydə alınıb.

Qaynarinfo.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Səbirabad rayonu, Suqovşan kəndi ərazisindən keçən Beton kanalında (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 20 km aralı, nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub. Dərhal nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və 2000-ci il təvəllüdlü, Cəfərov Emin İlqar oğlunun cəsədi batdığı yerdən 350 metr aralıda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.  

Bundan başqa Mingəçevir şəhəri ərazisindən keçən Kür çayında (nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub. Dərhal nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və 1999-cü il təvəllüdlü, İsmayılov İntiqam Arif oğlunun cəsədi tapıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.  

Qaynarinfo.az

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR