Loading...
Robert Prosineçki Avropa çempionatında daha bir oyunu izləyib

Robert Prosineçki Avropa çempionatında daha bir oyunu izləyib

Loading...
Robert Prosineçki Avropa çempionatında daha bir oyunu izləyib

Moskva. 18 iyun. / Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Fransada keçirilən Avropa çempionatında daha bir oyunu izləyib. "Report"un məlumatına görə, 47 yaşlı mütəxəssis Xorvatiya və Çexiya yığmaları arasındakı qarşılaşmaya Sent-Etyenin "Joffrua Gişar" stadionunda baxıb.

R.Prosineçki oyundan öncə verdiyi açıqlamada Xorvatiya millisindən Türkiyə ilə qarşılaşmadan fərqlənən, açıq oyun və qələbə gözlədiyini bildirib. Lakin onun həmkarı Ante Çaçiç start heyətdə heç bir dəyişiklik etməyib və görüş 2:2 hesablı heç-heçə ilə tamamlanıb.

Qeyd edək ki, Robert Prosineçki oyun boyunca Xorvatiyaya azarkeşlik etməklə yanaşı, 2018-ci il dünya çempionatının seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan Çexiyanı da izləyib. O, daha öncə Avropa çempionatının İspaniya - Çexiya (1:0) və Şimali İrlandiya - Ukrayna (2:0) qarşılaşmalarına da stadiondan baxıb. 

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR