Loading...
MOK: Rusiya 2019-cu ildə Avropa oyunlarının keçirilməsi üçün imkanlara və müvafiq infrastruktura malikdir

MOK: Rusiya 2019-cu ildə Avropa oyunlarının keçirilməsi üçün imkanlara və müvafiq infrastruktura malikdir

Loading...
MOK: Rusiya 2019-cu ildə Avropa oyunlarının keçirilməsi üçün imkanlara və müvafiq infrastruktura malikdir

Bakı. 18 iyun. / Rusiya 2019-cu ildə Avropa oyunlarının keçirilməsi üçün imkanlara və müvafiq infrastruktura malikdir.

Bu barədə "Report"a Rusiya Milli Olimpiya Komitəsinin mətbuat katibi Konstantin Vıbornov bildirib. 

"Əlbəttə ki, Rusiya bu miqyasda oyunların keçirilməsi üçün imkanlara və müvafiq infrastruktura malikdir, lakin bu hələlik gizli dəyərləndirilir və rəsmi şərh verilməyəcək. Hazırda bizi  Rio-de-Janeyroda Olimpiada və yüngül atletika üzrə yığma ilə bağlı problemin həlli daha çox narahat edir", - K.Vıbornov qeyd edib.

Qeyd edək ki, I Avropa Oyunları 2015-ci il iyun ayının 12-28-də Bakıda keçirilib. 

Bir müddət əvvəl Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Xikki 2019-cu il Avropa Oyunlarının keçirilməsinə namizədləri açıqlayıb. Bu Qlazqo (Böyük Britaniya), Valensiya (İspaniya), Minsk (Belarus) Kazan və ya Soçi (Rusiya), İstanbul və ya Mərsin (Türkiyə), Eləcə də Polşanın Krakov və ya Katovitse şəhəridir. Mütəxəssislərin fikrincə, II Avropa oyunlarını keçirmək üçün Rusiyanın şansı daha yüksəkdir. 

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR