Loading...

Bu gün Axır çərşənbədir
Xəbərlər
- 16 Mart, 2010
- 33 119 Baxış
Loading...

Bu gün Novruz Çərşənbələrinin sonuncusu - Torpaq çərşənbəsidir. Xalq arasında "Yer çərşənbəsi", "İlaxır Çərşənbə" və ya "Torpaq çərşənbəsi" bu gün yer oyanır, torpaq nəfəs alır və inama görə, artıq əkinə, toxum səpininə hazır olur.
Torpaq çərşənbəsi mərasim, ayin, etiqad, oyun və şənliklərlə ən zənginidir, çünki həmin günün mərasimləri həm Suya, həm Oda, həm Yelə, həm də Torpağa inamı əks etdirir. Həmin gün insanlar torpaq sahələrinə çıxır, burada təmizlik işləri görür, müxtəlif ayinlər, kütləvi şənliklər keçirir, əmək nəğmələri oxuyurlar. Bu çərşənbənin axşam şənlikləri daha gur olur: küsülülər barışır, evlərdə üzərlik yandırılır, tonqallar qalanır, məşəllər yandırılır, bacalardan torbalar sallanır, qurşaq atılır, qulaq falları qurulur və s.
Yer çərşənbəsi günü təzə ilə xoş arzular, ailəyə səadət, xoşbəxtlik arzulanır. Həmin gün hamı öz evində olmalı, övladlar valideynlərinə baş çəkərək öz evlərinə qayıtmalıdırlar. Bütün evlərdə bayram süfrəsi açılır. Cürbəcür yeməklər, əsasən aş, paxlava, şəkərbura, şorqoğalı, badambura və s. şirniyyatlar bişirilir. Bayram axşamı süfrədə innab, kişmiş, püstə, badam, qoz, fındıq və müxtəlif meyvələrin qurusu qoyulur. Süfrədə xonça qurulur, ortada səməni, ailə üzvlərinin sayı qədər şam və boyanmış yumurta qoyulur.

İlin axır çərşənbəsində, ya da Novruz axşamı ürəyində niyyət tutub qaş qaralandan sonra xəlvətcə qonum-qonşu qapısına gedərlər. Qapı dalında durub ayağın altına açar atıb içəriyə qulaq asarlar. İçəridən eşidilən iki kəlmə niyyətin yerinə yetib-yetməyəcəyinə işarə verir. Buna görə axır çərşənbə günü evdə könül açansöhbətlər edilir.
Yazın gəlişi ilə əlaqədar ilin axır çərşənbə axşamı həyətlərdə tonqal qalanır, uşaqlar odun üstündən hoppanırlar. Həm də tonqal üstündən atlanmaq köhnə ilin qada-balasını odda yandırmaq, yeni ilə qədəm qoymaq
deməkdir.

Diqqətinizə isə bəzi "axır çərşənbə" inanclarını çatdırmaq istərdim:
Axır çərşənbədə heyva çubuğundan gözmuncuğu düzəldərlər..
***
Axır çərşənbədə uşağa beşik düzəldərlər.
***
Axır çərşənbədə gün çıxmamış su üstündən atdanarlar.
***
Axır çərşənbədə tonqal yandırarlar.
***
Axır çərşənbədə kəlin buynuzuna qırmızı bağlarlar
***
Axır çərşənbədə qorxanların başından su töküb qorxunu alarlar.
***
Axır çərşənbədə sağmal malın buynuzuna qırmızı bağlarlar.
***
Axır çərşənbədə toy üçün ayrılmış qoyunların boynuna qırmızı bağlarlar.
***
Axır çərşənbədə çimərlər.
***
Axır çərşənbədə evdən pul verməzlər.
***
Axır çərşənbədə qonşuya ələk verməzlər.
***
Axır çərşənbə günü borc un verməzlər.
***
Axır çərşənbə günü şam yarımçıq söndürməzlər.
***
Axır çərşənbə günü ailə üzvlərinin sayına görə şam yandırırlar.
***
Axır çərşənbə günü evdən od, kibrit, neft verməzlər.
***
Axır çərşənbə günü evdən ağartı verməzlər.
***
Axır çərşənbə günü zahı üstünə getməzlər.
***
Axır çərşənbə günü evdən çörək verməzlər.
***
Axır çərşənbə gecəsi tez yatmazlar.
***
Axır çərşənbə gecəsi evdə qazan asarlar.
***
Axır çərşənbə gecəsi vəfat etmiş yaxın adamları yada salarlar.
***
Axır çərşənbə gecəsi vəfat etmiş yaxın adamların adını çəkib “filankəslərin adına qazan asdım” deyib qazana ət, düyü və s. tökərlər.
***
Axır çərşənbə günü ertədən lampa yandırarlar

Novruz falları
Ilin axır çərşənbə axşamı gecəsi cavan qızlar bir yerə yığışırlar. Bir qaba su tökürlər. Əllərindəki üzükləri çıxarıb saçlarına salırlar. Niyyət tutub üzüyü suyun üstündən keçirirlər. Üzük fırlanmağa başlayır və qabın divarlarına dəyir. Üzük neçə dəfə qaba dəyirsə, sayırsan. Demək o yaşda da gəlin gedəcəksən.
***
Çərşənbə axşamı otuzluq lampanın altına qıfılı bağlayıb qoyurlar. Niyyət edib gözləyirlər. Kim qapını açıb birinci evə girsə, onun birinci sözünü niyyətlərinə görə yozarlar.
***
Balığın çanaq sümüyünü övlad gözləyən gəlinin oğlu və ya qızı olacağını bilmək üçün iki barmağın ortasından atırlar. Arxası üstə düşərsə, qız, üzüüstə düşərsə oğlan olacağı gözlənilir.
***
İtkin olan zaman, onu tapmaqçın ələyə qaysının iki ucunu sancıb, fırlardırlar. Itkinin kim tərəfindən olduğunu bilmək üçün şübhələndiyin adamın adını çəkirsən. Əgər ələk fırlanarsa, bi iş həmin adam tərəfindən olub. Fırlanmazsa demək o günahkar deyil.
***
Qorxan adamın başının əstündə ərimiş qurğuşunu onun qarşısındakı qabın içindəki suya tökürlər. Adam nədən qorxubsa onun şəkili suyun içində formalaşır.
***
Axır çərşənbə gecəsi ürəyində niyyət tut yat. Gecə yarısı yuxudan dur və şamı yandır. Şamı götürüb güzgüyə yaxınlaş. Güzgüdə gələcək nişanlını görəcəksən. Amma gərək qorxmayasan. Qorxsan bu niyyətin baş tutmaz.
***
Ilin axır çərşənbə günü niyyət tutub bağa getmək lazımdır. Bağdan bir çəngə ot qırırsan. Niyyət düzdürsə, sühərəsi gəlib görürsən ki, qırdığın otlar uzanıb əvvəlki kimi olub.
***
Ilin axır çərşənbə gecəsiürəyində niyyət tutursan. Bağda bir daşı qaldırıb altını təmizləyirsən. Niyyətin hasilə çatandan sonra, gəlib daşın altına baxırsan. Görürsən ki, daşın altında ot bitib.
***
Ilin axır çərşənbə axşamı ana uşaqlarının başından tük qırır və axar suya atır. Bir qab həmin yerdən su götürür və uşaqlarının üstünə çiləyirsən. Guya ki, bu su təmizlik, sağlamlıq, paklıq gətirir. Həmin ili uşaqlar xəstələnmir.

OXŞAR XƏBƏRLƏR
Загрузка...