Loading...

Roza Zərgərli Mingəçevirdəki işindən QOVULDU
Xəbərlər
- 15 İyun, 2016
- 904 Baxış
Loading...

Müğənni Roza Zərgərli Mərziyə Davudova adına Mingəçevir Dövlət Dram Teatrındakı vəzifəsindən kənarlaşdırılıb.
Qaynarinfo.az bildirir ki, bunu publika.az-a açıqlamasında teatrın baş direktoru Səxavət Məmmədov deyib.
Direktor əvvəlcə sualımızdan qəzəblənib və bu barədə danışmaq istəməyib. Amma sonradan bildirib ki, Roza Zərgərli ilə yollarını 1 il əvvəl ayırmalı olublar: "Roza Zərgərli bir il müddətində bizim teatra quruluşçu rejissor vəzifəsinə təyin olunmuşdu. Həmin müddət ərzində Roza xanım 5 dövlət tədbirini təşkil etdi. "Xalidənin taleyi" adlı tamaşa da hazırlamağı planlaşdırmışdı, amma vaxt azlığından alınmadı. Lakin onunla müqavilə müddəti bitdiyindən vəzifəsinə xitam verildi. O artıq bizim teatrda işləmir".
Qaynarinfo.az
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...