Loading...
Azərbaycanın bəzi rayonlarında su verilişində məhdudiyyətlər olacaq

Azərbaycanın bəzi rayonlarında su verilişində məhdudiyyətlər olacaq

Loading...
Azərbaycanın bəzi rayonlarında su verilişində məhdudiyyətlər olacaq

Bakı. 14 iyun./ Son günlər intensiv yağıntılarla əlaqədar Kür çayında suyun bulanıqlığı dəfələrlə artıb. Bununla əlaqədar Kür Sutəmizləyici Qurğularında suyun emalı mümkün olmadığından Kür-Bakı, Şirvan-Muğan və Saatlı-Sabirabad qrup su kəmərləri ilə suyun nəqli dayandırılıb.

"Report" xəbər verir ki, bu barədə "Azərsu" ASC-nin İctimaiyyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qeyd olunub ki, bu gün ərzində Şirvan, Hacıqabul, Sabirabad, Saatlı və Biləsuvar şəhərlərinə, həmçinin Bakı şəhərinin Qaradağ rayonunun, Badamdar, Binəqədi, Biləcəri, Xocasən qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Nizami və Xətai rayonlarının bəzi ərazilərində isə su təchizatı qrafikli rejimə keçiriləcək.

Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR