Loading...
Şöbə müdiri:

Şöbə müdiri: "Biz düşmənin dilini, tarixini özləri qədər bilməliyik"

Loading...
Şöbə müdiri:

Bakı. 10 iyun. / "Biz düşmənin dilini, tarixini özləri qədər bilməliyik".

Bunu "Report"a açıqlamasında AMEA Nəsimi adına Dilçilik İnstitutunun Təhsil şöbəsinin müdiri, filologiya elmləri doktoru İlhami Cəfərsoy deyib.

O bildirib ki, Dilçilik İnstitutunda "Qədim erməni dili" üzrə magistr ixtisası azərbaycançılıq nöqteyi-nəzərindən açılıb: "Ölkəmizdə erməni dilini bilənlər azdır. Qədim erməni dilini isə bilənlər daha azdır. Bu dili öyrənmədən V-VII əsr kilsə səlnaməsini öyrənmək mümkün deyil. Həmin mənbələrdə Azərbaycan tarixi üçün çox qiymətli məlumatlar var. Biz saxtalaşdırılmış tərcümə mətnlərində bunu görmürük. Şərti olaraq qədim erməni dili adlandırılan “Qarabar dili” (və ya qrabar) indiki erməni dili deyil. “Qarabar” qədim xristian-qıpçaq tayfalarından biridir. İndiki ermənilər həmin dili başa düşmür. Biz sübut edirik ki, “Qarabar” adlanan dilə indiki ermənilərin aidiyyəti yoxdur. Bizim magistrlər qədim və müasir erməni dilini, onun ləhcələrini öyrənəcək. Bununla da erməni dilinin Azərbaycan sözləri ilə zəngin olduğunu müşahidə edəcəklər".

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR