Fon yüklənir...
Загрузка...

Rabitə və yüksək texnologiyalar naziri Xaçmazda vətəndaşlarla görüşüb

Загрузка...
Rabitə və yüksək texnologiyalar naziri Xaçmazda vətəndaşlarla görüşüb

Bakı. 10 iyun. / Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Xaçmazda vətəndaşlarla görüş keçirib. Nazirlikdən "Report"a daxil olan məlumata görə, Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə Xaçmaz şəhərində keçirilmiş görüşdə Xaçmaz, Xızı, Siyəzən, Şabran, Quba, Qusar rayonları və Sumqayıt şəhərində yaşayan vətəndaşların müraciətləri dinlənilib.

Müraciətlər əsasən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətləri, işə qəbul və digər məsələləri əhatə edib.

Vətəndaşların müraciətlərində qaldırılan problemlərin əksəriyyəti yerində həllini tapıb. Nazir R.Quluzadə digər müraciətlərin həlli ilə bağlı müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.

Nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq müvafiq qurumlara göndərilməsi təmin olunacaq. 

float: left; width: 100%;">

loading...
Загрузка...