Loading...

"Mançester Yunayted"dən 100 milyonluq transfer

Loading...

Joze Mourinyonu baş məşqçi postuna gətirən "Mançester Yunayted" transfer çalışmalarını davam etdirir. Sport7.az xəbər verir ki, "qırmızı şeytanlar" dünyanın ən bahalı transferini reallaşdırmaq istəyir.

Belə ki, Mançester təmsilçisi öz yetirməsi hesab olunan, 2012-ci ildə "Yuventus"a pulsuz keçən Paul Poqbanı geri qaytarmaq istəyir. "Mançester Yunayted" bu transfer üçün İtaliya klubuna 100 milyon avro təklif edir.

Bu keçid baş tutsa, dünyanın ən bahalı transferi olacaq. Hazırda ən bahalı transfer Kriştiano Ronaldo hesab olunur. O, 2009-cu ildə "Mançester Yunayted"dən "Real"a 94 milyon avroya keçib.

Qeyd edək ki, hazırda "Transfermarkt" Paul Poqbaya 70 milyon avro qiymət qoyub. Başa çatan mövsümdə 49 rəsmi oyuna çıxan 23 yaşlı yarımmüdafiəçi 10 qol vurub.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR