Loading...
Günəş yanıqları dözülməzdirsə o zaman bunlara diqqət edin!

Günəş yanıqları dözülməzdirsə o zaman bunlara diqqət edin!

Loading...
Günəş yanıqları dözülməzdirsə o zaman bunlara diqqət edin!

Çimərlik mövsümü artıq başlayıb və günəş şüaları qəbul etmək üçün demək olar ki, hamı tələsir. Amma bəzən isti günəş şuaları dərimizdə yanıqlara səbəb olur. Günəş yanığı əlamətləri dəridə qızartı, həssaslıq, yanma, istilik hissi, qıcıqlanma qırmızı bir görüntünü ortaya çıxarır.

Qaynarinfo.az yanıqlardan çarə olan vasitələri təqdim edir:

İlıq su ilə doldurulmuş vannanın içərisində 15-20 dəqiqə gözləyin. Duş geli və sabun kimi vasitələrdən bir müddət uzaq durun .

Pambıq tərkibli parçanı soyuq suya batırın və yanıqlar üzərinə sərin.

Yaş parça dərinizdə 20-30 dəqiqə qaldıqdan sonra prosesi təkrarlayın.

İbuprofen, aspirin kimi reseptsiz dərmanlar ağrını azaldıb sizi rahatlaşdıra bilər.

Uşaqlara aspirin verməyin. Bunun yerinə, həkiminizlə məsləhətləşin.

Günəş yanıqları sağalana qədər əsla dar geyimlər geyməyin. Enli, rahat və pambıq paltarlar seçin.

Günəş yanığı  zamanı bol maye qəbul edin. Gün ərzində 8-10 su stəkanı su için.

Qaynarinfo.az

Günəş yanıqları dözülməzdirsə o zaman bunlara diqqət edin!

Günəş yanıqları dözülməzdirsə o zaman bunlara diqqət edin!
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR