Loading...
Nazirlər Kabineti hərbi hissələrin, xüsusi təyinatlı təhsil müəssisələrinin hərbi geyim forması və ləvazimatlarla təminatı normalarını təsdiqləyib

Nazirlər Kabineti hərbi hissələrin, xüsusi təyinatlı təhsil müəssisələrinin hərbi geyim forması və ləvazimatlarla təminatı normalarını təsdiqləyib

Loading...
Nazirlər Kabineti hərbi hissələrin, xüsusi təyinatlı təhsil müəssisələrinin hərbi geyim forması və ləvazimatlarla təminatı normalarını təsdiqləyib

Bakı. 29 may. / Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi hissələrinin, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin və təşkilatlarının şəxsi heyətinin hərbi geyim forması ilə və ləvazimatlarla təmin edilməsi normaları”nın təsdiq edilməsi haqqında qərar qəbul edib. 

“Report” xəbər verir ki, qərarı Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-Zadə imzalayıb.

Qərara əsasən Nazirlər Kabineti Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Müdafiə Nazirliyinin Ədliyyə Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırılmış təkliflərinə əsasən:

1. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi hissələrinin, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin və təşkilatlarının şəxsi heyətinin hərbi geyim forması ilə və ləvazimatlarla təmin edilməsi normaları” təsdiq edib.

2. “Azərbaycan Respublikası Silahlı Qüvvələrin hərbi hissələri, hərbi təhsil müəssisələri və təşkilatlarının şəxsi heyətinin hərbi geyim və əşya əmlakı ilə təminat normaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 20 oktyabr tarixli 135 nömrəli qərarı ləğv edilib.

Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş normaların tətbiqi ilə əlaqədar tələb olunan xərclərin maliyyələşdirilməsi hər ilin dövlət büdcəsində Müdafiə Nazirliyinin saxlanılması xərclərində müvafiq məqsəd üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirilir.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR