Loading...
Nəcməddin Sadıkov ABŞ-ın Avropadakı Quru Qoşunlarının komandanı ilə görüşüb

Nəcməddin Sadıkov ABŞ-ın Avropadakı Quru Qoşunlarının komandanı ilə görüşüb

Loading...
Nəcməddin Sadıkov ABŞ-ın Avropadakı Quru Qoşunlarının komandanı ilə görüşüb

Bakı. 26 may. / Bu gün Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov ölkədə səfərdə olan ABŞ-ın Avropadakı Quru Qoşunlarının komandanı, general-leytenant Frederik Ben Hodcesin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Qonaqları salamlayan Baş Qərargah rəisi Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində son zamanlar yaranan gərginlik, o cümlədən atəşkəsin pozulması səbəbləri, Ermənistan Silahlı Qüvvələrinin törətdiyi təxribatlar və onların nəticələri barədə qarşı tərəfə ətraflı məlumat verib.

Ölkəmizə səfərindən məmnunluğunu ifadə edən və qonaqpərvərliyə görə təşəkkürünü bildirən general-leytenant B.Hodces bu görüşün Azərbaycan ilə ABŞ-ın Avropadakı Quru Qoşunları arasında əməkdaşlığın genişləndirilməsinə zəmin yaradacağına ümidvar olduğunu bildirib.

Görüşdə bölgədəki hərbi-siyasi vəziyyət, beynəlxalq sülhməramlı missiyalarda uğurlu əməkdaşlıq, eləcə də hərbi təhsil, treninq və qarşılıqlı təcrübə mübadiləsi sahəsində məsələlər ətraflı müzakirə olunub.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR