
Qaxda itkin düşən iki uşaq atası tapılıb - FOTO
- 25 May, 2016
- 586 Baxış

Qax. 25 may. / Qax rayonunda itkin düşən 30 yaşlı Əhməd Şükür oğlu Qabulov tapılıb. Bu barədə "Report"un Şəki-Zaqatala bürosunun müxbirinə Qax Rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib.
Şöbədən bildirilib ki, polisin keçirdiyi xüsusi əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Qabulov rayonun Zəyəm kəndi ərazisində tapılıb: "Qax şəhəri, Azərbaycan prospekti, ev 73 ünvanında yaşayan 1986-cı il təvəllüdlü Əhməd Şükür oğlu Arandan yaylağa köçən çobanlara qoşularaq Zaqatalaya getmək istəyib. Şöbənin əməliyyat-axtarış qrupu onun yerini müəyyənləşdirib və Əhməd Qabulov saxlanılaraq Polis Şöbəsinə gətirilib".
Qeyd edək ki, iki azyaşlı uşaq atası olan Ə.Qabulov mayın 22-də axşam saatlarında evdən çıxaraq bir daha qayıtmayıb. Ailəsinin bildirdiyinə görə, o, əqli qüsruludur.
float: left; width: 100%;">


