Fon yüklənir...
Загрузка...

Səfir: "İsveçrə Qarabağ münaqişəsinin həlli prosesinə öz layiqli töhfəsini verməyə çalışır"

Загрузка...
Səfir:

Bakı. 25 may. / İsveçrə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə öz layiqli töhfəsini verməyə çalışır.

"Report" xəbər verir ki, bunu yerli "Nasha Gazeta" nəşrinə müsahibəsində Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfiri Əkrəm Zeynallı bildirib.

"Bildiyiniz kimi, bu il aprelin 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələri bütün təmas xətti boyunca Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini, həmçinin yaxınlıqda yerləşən mülki obyektləri və dinc əhalini intensiv artilleriya atəşinə tutublar. Ermənistanın bunadək dəfələrlə atəşkəs rejimini pozmasına və Azərbaycanın mütəmadi olaraq beynəlxalq birliyi bu barədə rəsmən məlumatlandırmasına baxmayaraq, bilavasitə mülki əhali indiyədək bu cür intensiv artilleriya atəşinə məruz qalmamışdı. Azərbaycan Ordusu yaranmış vəziyyəti nəzərə alaraq mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədi ilə düşmənin atəş nöqtələrinə zərbələr endirmək üçün əks tədbirlər görmək məcburiyyətində qalıb", - deyə səfir bildirib.

Onun sözlərinə görə, Azərbaycan münaqişənin həlli üçün mandat verilən ATƏT-in Minsk qrupunun həmsədrləri kimi dəfələrlə bəyan edib ki, bu münaqişədə status-kvo qeyri-məqbuldur, çünki münaqişənin sülh yolu ilə həllinə kömək etmir və son hadisələr buna sübutdur.

Əkrəm Zeynallı daha sonra bildirib ki, Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş torpaqlarından nə qədər tez çıxararsa, bu torpaqlarda dinclik o qədər tez bərqərar olar, tərəflər konkret danışıqlar apara və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri və beynəlxalq hüquq əsasında bu münaqişəni birdəfəlik həll edə bilərlər.

"Sizin suala qayıdaraq demək istəyirəm ki, İsveçrə, həqiqətən ixtisaslı vasitəçilik xidmətləri ilə tanınır və Azərbaycan münaqişə tərəflərindən biri kimi bu səylərin problemin dinc yolla həllini yaxınlaşdırmasına yalnız şad olardı. Lakin hazırda ATƏT-in Minsk qrupu və konkret olaraq Rusiya, Fransa və ABŞ-ın simasında Minsk qrupunun həmsədrləri müvafiq mandata malikdirlər, İsveçrənin vasitəçiliyi isə gündəmdə deyil. Bununla belə, İsveçrə bu uzun sürən münaqişənin həllinə öz layiqli töhfəsini verməyə çalışır ki, biz də buna görə ona minnətdarıq", - deyə o əlavə edib.

Əlavə olunur...

Загрузка...
loading...
Загрузка...